525.Az

Voronejdə Azərbaycan diasporunun rəhbəri həbs edilib


 

Voronejdə Azərbaycan diasporunun rəhbəri həbs edilib<b style="color:red"></b>

Voronej şəhərində yerli Azərbaycan diasporunun rəhbəri və şəhərin ən böyük bazarının sahibi Yusif Xəlilov həbs olunub.

525.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Kanalın iddiasına görə, Xəlilov həkimə 330 min rubl məbləğində rüşvət verməkdə ittiham olunur. Bildirilir ki, həkim bu rüşvət müqabilində iş adamının oğlunun hərbi xidmətdən yayınmasına kömək edib. Məbləğin bir hissəsi vasitəçi ilə çatdırılıb, qalanı isə bank kartına köçürülüb.

Bundan əvvəl “Mash” Xəlilovun evində axtarış aparıldığını və biznesmenə məxsus telefondan cinayəti sübut edən dəlillərin tapıldığını yazmışdı.

Xəlilovu 7 ildən 12 ilə qədər həbs və deportasiya gözləyir. O, ifadə verməkdən imtina edib və özünü təqsirli bilmədiyini açıqlayıb.

Ləman İlkin

 





18.08.2025    çap et  çap et