525.Az

"Məktəblərdə davamiyyət kəskin aşağı düşüb"


 

"Məktəblərdə davamiyyət kəskin aşağı düşüb"<b style="color:red"></b> "Hava şəraiti ilə bağlı dağlıq rayonlarda orta məktəblərdə dərslərin dayandırılması araşdırmalardan sonra bilinəcək".
 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a bildirib ki, Təhsil Nazirliyi bununla bağlı rayonlar üzrə araşdırma aparır:
 
“Araşdırma bitdikdən sonra həmin məktəblərlə bağlı vəziyyət məlum olacaq. Nazirlik bununla bağlı geniş məlumat verəcək”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qarlı-şaxtalı hava şəraiti davamiyyətə kifayət qədər təsir göstərib:

“Əksər valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edirlər. Buna görə də istər Bakıda, istərsə də bölgələrdə (xüsusən də yüksək dağlıq rayonlarda) davamiyyət xeyli aşağı düşüb”.
 
Qeyd edək ki, yanvarın 9-u və 10-da da şaxtalı hava şəraiti davam edəcək.
 





09.01.2015    çap et  çap et