“Reuters/Ipsos” tərəfindən keçirilən son altı günlük sorğuya görə, ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin səviyyəsi 40 faiz qalaraq onun bu dövrə qədərki prezidentlik müddətində ən aşağı göstərici olub.
525.az xəbər verir ki, Tramp bu sorğular zamanı həm iqtisadi çətinliklər, həm də ölkə daxilində immiqrasiya və cinayətlərlə bağlı sərt tədbirlər fonunda tənqid olunub.
O, eyni zamanda, Rusiya ilə Ukrayna arasındakı münaqişənin diplomatik yolla həllinə çalışır. Trampın son günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada, Ukrayna Prezidenti Volodimir Zelenski ilə isə Vaşinqtonda görüşü baş tutub.
Sorğuda iştirak edənlərin beşdə biri respublikaçı olsa da, onların da bir hissəsi Trampın Rusiyaya qarşı çox yumşaq mövqe tutduğunu qeyd edib.
Bundan əlavə, Trampın qeyri-qanuni miqrantlara qarşı apardığı sərt tədbirlər, xüsusilə maskalı federal agentlərin genişmiqyaslı həbsləri ictimai narazılığa səbəb olub. Los-Anceles kimi şəhərlərdə, əsasən ispan mənşəli əhalinin çoxluq təşkil etdiyi bölgələrdə geniş etirazlar qeydə alınıb.
Trampın ümumi dəstək səviyyəsi əvvəlki sorğu ilə müqayisədə dəyişməz qalıb – 40 faiz. İspan dilli (latın amerikalı) seçicilər arasında dəstək isə 32 fazidir ki, bu da bu il üçün ən aşağı göstəricidir. Respondentlərin 54 faizi Trampın Ukrayna böhranını həll etmək cəhdlərində Rusiya ilə həddən artıq yaxın əlaqədə olduğunu düşünür. Sorğudan iştirak edənlərin 42 faiz Trampln onun cinayətkarlığa qarşı siyasətini, 43 faizi isə miqrasiya siyasətini dəstəkləyib.
Ümumilikdə sorğuda ölkə üzrə 4446 nəfər yetkin ABŞ vətəndaşı iştirak edib. Statistika üzrə səhv payı təxminən ±2 faiz bəndi təşkil edir.
çap et