525.Az

Azərbaycan icmasının rəhbəri Rusiyadan deportasiya olunub


 

RUSİYA VƏTƏNDAŞLIĞINDAN MƏHRUM EDİLƏN ƏRŞAD XANKİŞİYEVİN ÖLKƏYƏ GİRİŞİNƏ DƏ QADAĞA QOYULUB

Azərbaycan icmasının rəhbəri Rusiyadan deportasiya olunub<b style="color:red"></b>

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və ona Rusiya ərazisinə giriş qadağan olunub

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, "etnosseparatizmin təbliğində və Aleksey Navalnıyı dəstəkləmkdə" günahlandırılır.

Ərşad Xankişiyev əsasən meyvə-tərəvəz ticarəti ilə məşğul olan iri biznesmen, restoran sahibi, eləcə də “Fruktdom” MMC, “Frut-Hauz” MMC, “Nar Şərab” MMC və “Kaspiy” MMC kimi şirkətlərin təsisçisi olub. O, həmçinin Çelyabinskdə fəaliyyət göstərən  “Azərbaycan” sosial-hüquqi ictimai təşkilatına və “Çelyabinsk azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilata (AzerÇel) rəhbərlik edib. 

Məlumata görə, bir müddət əvvəl onun rəhbəri olduğu “AzerÇel” və “Azərbaycan” ictimai təşkilatları bir-birinin ardınca məhkəmə qərarı ilə ləğv edilmişdi. 

 





19.08.2025    çap et  çap et