525.Az

Paşinyan: “Azərbaycanla razılaşma dəmir yolu əlaqəsini açacaq”


 

Paşinyan: “Azərbaycanla razılaşma dəmir yolu əlaqəsini açacaq”<b style="color:red"></b>

“Azərbaycanla razılaşma Ermənistan və İran arasında dəmir yolu əlaqəsini açacaq”.

525.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvanda İran prezidenti ilə keçirdiyi brifinqdə deyib.

“Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda kommunikasiya marşrutlarının bərpası ilə bağlıdır. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə yeni imkanlar açacaq ki, bu da İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək”.

Pərvanə Sultanova

 





19.08.2025    çap et  çap et