“ABŞ prezidenti Donald Tramp Rusiyaya səfərə dəvət edilib”.
525.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində deyib.
"Bildiyiniz kimi, onun dəvəti var. Alyaskadakı mətbuat konfransında prezident Vladimir Putin bu dəvəti təsdiqlədi, Donald Tramp isə səhv xatırlamıramsa, bunun çox maraqlı olduğunu dedi", - deyə Lavrov bildirib.
Onun sözlərinə görə, liderlərin çərşənbə axşamı gecə baş tutan telefon danışığı zamanı bəyan ediblər ki, Ukrayna ətrafındakı böhran elə həll olunmalıdır ki, bir daha təkrarlanmasın və bu regionda yerləşən bütün dövlətlərin qanuni maraqları nəzərə alınsın: “Vaşinqton Minsk razılaşmalarından sonra olduğu kimi Ukraynanı yenidən müharibəyə hazırlamaq üçün deyil, nizamlanmada maraqlıdır”.
Pərvanə Sultanova
çap et