525.Az

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq


 

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq<b style="color:red"></b>

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.

525.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-dək tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 





19.08.2025    çap et  çap et