525.Az

"Tarlada əkinçiliklə məşğul olmaq daha sərfəli gəlir insanlara” - İqtisadçı


 

"Tarlada əkinçiliklə məşğul olmaq daha sərfəli gəlir insanlara” - <b style="color:red">İqtisadçı </b>

"Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalmasına səbəb olan amillər var".

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a deyib. O bildirib ki, ölkədə heyvan kəsimi 20 faiz artıb. Ancaq saxlanılan heyvanların sayı kəskin azalıb:

"Əvvəllər rayonlarda, kəndlərdə yaşayan insanlar mal-heyvan saxlayırdılar. Son illərdə böyük şəhərlərə köç səbəbindən heyvan saxlayanların sayında ciddi şəkildə azalma var. İndi bölgələrdə çox az adam maldarlıqla məşğul olur. Bununla yanaşı, təbii otlaqların da sayı azalıb. Qeyd edim ki, heyvandarlıq çox ağır sahədir. Bu səbəbdən də çox adam artıq bu sahə ilə məşğul olmaq istəmir. Tarlada əkinçiliklə məşğul olmaq daha sərfəli gəlir insanlara”. 

Sevinc Qarayeva
 

 





19.08.2025    çap et  çap et