525.Az

NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək


 

NATO-nun növbəti sammiti Türkiyədə keçiriləcək<b style="color:red"></b>

 

NATO-nun növbəti sammiti gələn il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Mark Rutte bu günkü açıqlamasında bildirib.

Türkiyənin 70 ildir NATO-nun üzvü olduğunu qeyd edən Rutte bu ölkənin NATO-nun qüvvətlənməsində böyük rol oynadığını da söyləyib.

Yeri gəlmişkən, Türkiyə buna kimi bir dəfə - 2004-cü ildə sammitə ev sahibliyi edib.

L.Tağıyeva

 





19.08.2025    çap et  çap et