525.Az

Qəzzada ölənlərin sayı 62 mini keçdi


 

Qəzzada ölənlərin sayı 62 mini keçdi<b style="color:red"></b>

 

İsraillə 22 aydır davam edən konflikt zamanı ölən fələstinlilərin sayı 62 mini keçib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

1965 nəfər humanitar yardım alarkən və ya yardım paylanan ərazidə olarkən həyatını itirib. Məlumata görə, son 24 saatda Qəzzada 60 nəfər həlak olub ki, bu da ölənlərin sayının 62 min 4 nəfərə çatmasını, yəni 62 min həddini keçməsinə səbəb olub.

Qeyd edək ki, İsraillə münaqişə dövründə 156 min 230 fələstinli müxtəlif dərəcəli bədən xəsarəti alıb.

L.Tağıyeva

 





19.08.2025    çap et  çap et