525.Az

Əfqanıstanda ağır qəza - 71 nəfər ölüb


 

Əfqanıstanda ağır qəza - <b style="color:red"> 71 nəfər ölüb</b>

Əfqanıstanın Herat vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam sərnişin avtobusu, yük maşını və motosikletin iştirakı ilə yaşanan qəzada 71 sərnişin həlak olub.

Faktı vilayət administrasiyasının rəhbəri Əhmədulla Muttaki sosial şəbəkə hesabında etdiyi paylaşımla təsdiqləyib. Onun sözlərinə görə, toqquşmadan sonra avtobusda yanğın başlayıb ki, bu da ölənlərin sayını artırıb. Yeri gəlmişkən, həyatını itirənlərin 17-i uşaq olub.

Qeyd edək ki, qəzadan bir qədər sonra hadisə yerinə gələn yanğınsöndürənlər alovun ram edərək cəsədləri aidiyyətı üzrə təhvil veriblər.

L.Tağıyeva

 





20.08.2025    çap et  çap et