525.Az

“Makron və Starmer Kiyevə qoşun göndərməyəcək” - “Politico”


 

“Makron və Starmer Kiyevə qoşun göndərməyəcək” -<b style="color:red"> “Politico”</b>

“Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Ker Starmer öz siyasi zəifliklərinə görə çətin ki, Ukraynaya qoşun göndərə bilsinlər”.

525.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Makron və Starmerin siyasi zəifliyini nəzərə alsaq, bu planın (Ukraynaya qoşun yeritmək - red.) necə həyata keçiriləcəyini anlamaq çətindir. İqtisadi nöqteyi-nəzərdən onlar üçün çətin vaxtlardır”, - Aİ-nin adı açıqlanmayan diplomatı bildirib.

Qeyd olunur ki, onların Avropa İttifaqındakı ən yaxın müttəfiqləri belə Ukraynaya qoşun yeritmək fikrinə şübhə ilə yanaşır.

Almaniya Sosial Demokrat Partiyasından olan Bundestaqın üzvü, müdafiə büdcəsinə nəzarətə məsul olan Andreas Şvars ölkədə böyük kontingent üçün sadəcə kadrların olmadığını və hətta kiçik bir yerləşdirmənin belə problem yaradacağını vurğulayıb.

Polşa da qoşunların göndərilməsində iştirak etməyi planlaşdırmır, çünki ölkə daxilində olan qüvvələri zəiflətmək istəmir.

Avqustun 19-da Ukrayna ilə bağlı iki görüş keçirilib - “İstəklilər koalisiyası” liderlərinin videoekonfransı və Aİ-nin onlayn sammiti. Hər iki tədbirdə Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin nəticələri, ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə danışıqları, eləcə də hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə edilib.

Pərvanə Sultanova

 





20.08.2025    çap et  çap et