525.Az

“İran sanksiyaları neytrallaşdırmaq üçün Belarusla əməkdaşlığa hazırdır” - Pezeşkian


 

“İran sanksiyaları neytrallaşdırmaq üçün Belarusla əməkdaşlığa hazırdır” - <b style="color:red"> Pezeşkian</b>

“İran Qərbin qeyri-qanuni sanksiyalarını neytrallaşdırmaq üçün Belarus Respublikası ilə əməkdaşlığa hazırdır”.

525.az BELTA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Belarus prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə danışıqlarda deyib.

Pezeşkian İranın nüvə obyektlərinə hücumlarla bağlı mövqeyinə görə Belarus liderinə təşəkkür edib:

"ABŞ və İsrailin hücumları zamanı tutduğunuz ciddi və sərt mövqeyə görə sizə və həmkarlarınıza təşəkkür etmək istərdim. Onlar bizim dinc nüvə obyektlərimizə hücum etdilər. Avrasiya İqtisadi İttifaqının dövlət başçılarının sammitindəki çıxışınız çox mənalı idi. Siz Çernobıl Atom Elektrik Stansiyasının acı təcrübəsini qeyd etdiniz və bildirdiniz ki, biz bu istiqamətdə hər hansı inkişafın qarşısını almalıyıq, həmçinin İranın dinc nüvə obyektlərinə hücumları pislədiniz. İran heç vaxt kiməsə qarşı müharibə başlatmayıb. Amma biz hücumların hədəfinə çevrildikdə, buna uyğun cavab verməliyik".

Pərvanə Sultanova

 





20.08.2025    çap et  çap et