525.Az

Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək


 

Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək<b style="color:red"></b>

Yaxın vaxtlarda Bakıda Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

525.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı zamanı bildirilib.

Qeyd edilib ki, növbəti siyasi məsləhətləşmələrə hazırlıq işləri görülür.

 





20.08.2025    çap et  çap et