“OpenAI” “GPT-5” yeniləməsinə edilən tənqidlərdən sonra chatbotun tonunda dəyişikliklər etdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, “OpenAI” bu ay “GPT-5”yeniləməsini elan edərək, yeni modelin daha humanist və faydalı köməkçi olacağını bildirib. Lakin bəzi istifadəçilər sosial şəbəkələrdə sistemin əvvəlkindən daha formal və uzaq olduğunu bildirərək şirkəti tənqid ediblər.
Əks reaksiyadan sonra “OpenAI” “GPT-5” üslubunda kiçik dəyişikliklər ediləcəyini açıqlayıb.
Şirkət chatbotunun indi “Yaxşı sual” və ya “Əla başlanğıc” kimi qısa ifadələrlə daha səmimi ton istifadə edəcəyini vurğulayıb.
Məhəmməd Tağıyev
çap et