Kolumbiyada ailə yeni doğulmuş qızlarını "ChatGBT"nin şərəfinə adlandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar körpəyə Çat Yibiti Bastidas Gerra adı veriblər.
Kolumbiya qanunlarına görə, uşağa ad seçimində şərəf və ləyaqətinə xələl gətirən adlar istisna olmaqla hər hansı məhdudiyyət yoxdur. Bu üzdən Serete əyalətinin qeydiyyat şöbəsinin əməkdaşları qıza Çat Yibiti adının verilməsində hər hansı problem görməyiblər.
Yeri gəlmişkən, valideynlər süni intellektə hörmət əlaməti olaraq bu seçimi etdiklərini bildiriblər.
L.Tağıyeva
çap et