525.Az

Çexiyada avtomobilləri 150 km/saat sürətlə idarə etmək olacaq


 

Çexiyada avtomobilləri 150 km/saat sürətlə idarə etmək olacaq<b style="color:red"></b>

 

Sentyabrdan etibarən Çexiyanın bir magistral yolunda sürət həddi 150 km/saata qədər artırılacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yolların və avtomagistralların idarə olunmasına nəzarət edən qurum məlumat yayıb.

Söhbət 3 saylı şossenin (Dalnice 3) 50 kilometrlik hissəsindən gedir. Burada sürət həddi hava şəraiti əlverişli olanda 150 km/saata kimi artırıla bilər. Bu barədə yollarda quraşdırılmış 42 tablo vasitəsilə sürücülərə məlumat veriləcək.

Qeyd edək ki, hazırda Çexiya yollarında maksimal sürət həddi 130 km/saatdır.

L.Tağıyeva

 





20.08.2025    çap et  çap et