525.Az

Fransada daha dəhşətli terror aktları olacaq


 

Fransada daha dəhşətli terror aktları olacaq<b style="color:red"></b> Livan kəşfiyyatı bir sıra islamçı qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib.
 
APA-nın xəbərinə görə, bu barədə Livanda nəşr olunan “Əs-Səfir” qəzeti məlumat yayıb. “Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar “Charlie Hebdo” jurnalına qarşı törədilən terrordan daha amansız olsun”, - deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib. 
 
Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.
 





09.01.2015    çap et  çap et