Bu gecə Bakı vaxtı ilə 23:49-da Kamçatkada güclü zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı titrəyişlər Rixter şkalası ilə 5,3 bal gücündə olub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 82 km şərqdə, 56 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskda 3 bal gücündə hiss edilib.
Dağıntılar və sunami xəbərdarlığı barədə məlumat verilmir.
Qeyd edək ki, seysmoloqlar yaxınlarda ərazidə geoloji aktivlik fonunda 7-7,5 bal gücündə zəlzələnin ola biləcəyi barədə xəbərdarlıq ediblər.
L.Tağıyeva
çap et