525.Az

Myanmada 5.4 bal gücündə zəlzələ olub


 

Myanmada 5.4 bal gücündə<b style="color:red"> zəlzələ olub</b>

Myanmanın cənubunda, Yanqon şəhəri yaxınlığında 5.4 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.

Zəlzələnin episentri Andaman dənizinin 10 km dərinliyində yerləşib.

Daha zəif yeraltı təkanlar Neypido şəhəri ərazisində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

İbrahim Cəfərov

 





21.08.2025    çap et  çap et