525.Az

“Ermənistan vətəndaşları seçkilərdə sülhün olub-olmaması arasında seçim edəcəklər” - Paşinyan


 

“Ermənistan vətəndaşları seçkilərdə sülhün olub-olmaması arasında seçim edəcəklər” - <b style="color:red"> Paşinyan</b>

“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün hər gün işləyir, çalışıb və çalışacaq”.

525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin iclasından sonra jurnalistlərlə deyib.

O vurğulayıb ki, qarşıdan gələn parlament seçkilərində Ermənistan vətəndaşları sülhlə sülhün olmaması arasında seçim etməli olacaqlar.

“Mən “sülh” və “müharibə” demək istəmirəm, daha yumşaq deyəcəyəm – sülhlə sülhün yoxluğu arasında. Buna görə də mən bazar ertəsi müraciətimdə açıq şəkildə bildirdim ki, bu qurulmuş sülhün gündəlik qayğıya ehtiyacı var. Bu, bizim hər birimizin, o cümlədən vətəndaşlar da daxil olmaqla, siyasi mövqelərə diqqət yetirməklə birlikdə həll etməli olduğumuz vəzifədir”, - Paşinyan bildirib.

 

Pərvanə Sultanova

 





21.08.2025    çap et  çap et