Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstin ərazilərində vəziyyətin getdikcə daha da ağırlaşdığını, Qəzza zolağında kəskin qida çatışmazlığının mart ayında atəşkəs başa çatdıqdan sonra üç dəfə artdığını bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat brifinqində bu barədə məlumat verib.
“Aclıq və qida çatışmazlığı dərinləşməkdə davam edir. Bunun qarşısı mütləq alınmalıdır”, - deyə Düjarrik bildirib.
Qeyd edək ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) rəsmiləri işğal olunmuş Fələstin ərazilərində vəziyyətin getdikcə daha da pisləşdiyi barədə xəbərdarlıq edib.
Məhəmməd Tağıyev
çap et