İtaliyanın Milan şəhərindəki Malpensa hava limanında sərnişin yanğına səbəb olub.
525.az xarici KİV-ə istinadın xəbər verir ki, yanğın sərnişinlərdən birinin zibil qutusunu yandırmasından sonra baş verib və insanlar arasında panika yaradıb. Sözügedən sərnişin daha sonra çəkiclə bəzi (check-in) ekranları sındırıb.
Hadisəyə tez müdaxilə edən hava limanının təhlükəsizlik işçiləri tərəfindən zərərsizləşdirilən sərnişin polis tərəfindən nəzarətə götürülüb.
Məhəmməd Tağıyev
çap et