525.Az

ABŞ-da uçuş zamanı təyyarədə nasazlıq yaranıb


 

ABŞ-da uçuş zamanı təyyarədə <b style="color:red"> nasazlıq yaranıb</b>

ABŞ-nin Texas ştatına eniş edən "Boeing 737" təyyarəsinin qanad qapağı qismən qopub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Orlando Beynəlxalq Hava Limanından Austin-Bergstrom Beynəlxalq Hava Limanına uçan “Delta Air Lines”ın “Boeing 737” təyyarəsinin Texasa enməzdən öncə qanad qapağı qismən ayırılıb. Buna baxmayaraq, eniş zamanı təyyarədə olan 62 sərnişin və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Qeyd edək ki, Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məhəmməd Tağıyev

 





21.08.2025    çap et  çap et