525.Az

"İnternet xidmətində nasazlıq və ya kəsintilər yoxdur" - “Aztelekom”


 

"İnternet xidmətində nasazlıq və ya kəsintilər yoxdur" - <b style="color:red"> “Aztelekom”</b>

Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.

Bu barədə 525.az-a şirkətdən bildirilib.

"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.

 





21.08.2025    çap et  çap et