525.Az

Ərdoğanla Makronla arasında telefon danışığı olub


 

Ərdoğanla Makronla arasında <b style="color:red"> telefon danışığı olub</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa lideri Emmanuel Makronla arasında telefon danışığı olub.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələr, Rusiya-Ukrayna sülh prosesi, Qəzzadakı son vəziyyət də daxil olmaqla bir çox regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Ukrayna-Rusiya müharibəsini ədalətli sülhlə bitirmək üçün səylərinin davam etdiyini vurğulayıb. O, Alyaska və Vaşinqtondakı görüşləri yaxından izlədiyini bildirib.

Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün ev sahibliyi etməyə hazır olduğunu söyləyib.

Həmçinin Türkiyənin böyük humanitar fəlakətin yaşandığı Qəzzada atəşkəsi təmin etmək üçün səy göstərdiyini deyib.

Ərdoğan Türkiyənin Fransa ilə əməkdaşlığa önəm verdiyini və müdafiə sənayesi başda olmaqla bir çox sahədə əlaqələri inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini bildirib.

İsgəndər Həsənov

 





21.08.2025    çap et  çap et