525.Az

Qırğızıstan diri heyvan ixracını dayandırıb


 

Qırğızıstan diri heyvan ixracını <b style="color:red"> dayandırıb</b>

Qırğızıstan hökuməti ət qiymətlərində artımın qarşısını almaq və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə diri heyvanların ixracını dayandırıb.

525.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev tərəfindən imzalanıb.

Qərara əsasən, at, iribuynuzlu heyvan, qoyun və keçi ixracına 6 ay müddətinə qadağa qoyulub.

Bildirilib ki, bu qərar ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və daxili bazarda qiymətlərin sabitliyini qorumaq məqsədilə qəbul olunub.

Ləman İlkin

 





21.08.2025    çap et  çap et