525.Az

Yaponiyada 5.7 bal gücündə zəlzələ olub


 

Yaponiyada 5.7 bal gücündə<b style="color:red"> zəlzələ olub</b>

Yaponiyanın Honsu adasında 5.7 bal gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri İsinomaki şəhərindən 76 km şimal-şərqdə olub. Zəlzələnin episentri isə 50 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Eləcə də sunami təhlükəsi elan olunmayıb.

İbrahim Cəfərov

 





22.08.2025    çap et  çap et