525.Az

Dreyk boğazında güclü zəlzələ - sunami xəbərdarlığı edildi


 

Dreyk boğazında güclü zəlzələ -<b style="color:red"> sunami xəbərdarlığı edildi</b>

Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazında 8 bal gücündə güclü zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentri Argentinanın Toluin şəhərindən 722 km şimal-şərqdə, Odlu torpaq adasında, 10 km dərinlikdə yerləşib. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

Qeyd edək ki, bir neçə saat sonra USGS zəlzələnin 8 deyil, 7,5 bal gücündə olması barədə məlumat yayıb.

L.Tağıyeva

 





22.08.2025    çap et  çap et