Ermənistanın Baş naziri Nikol Paşinyan birinci prezident Levon Ter-Petrosyanı ən həlledici məqamlarda siyasi məsuliyyətdən qaçmaqda ittiham edib.
525.az xəbər verir ki, bu barədə hökumət rəhbəri sosial şəbəkə hesabında yazıb.
“Siz 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə müxalifətdən qaçdınız. Başa düşürəm ki, indi də bunu istəyirsiniz, amma qaçmağa yer yoxdur”, - Paşinyan əlavə edib.
Baş nazir, həmçinin Ter-Petrosyana sakitləşməyi və Ermənistanda qurulmuş dinc həyatdan həzz almağı tövsiyə edib.
Xatırladaq ki, bundan əvvəl Ter-Petrosyan Paşinyanı daxili siyasi sabitliyi pozmaqda, cəmiyyəti parçalamaqda ittiham edib.
Pərvanə Sultanova
çap et