“Belarus Vladimir Putinlə Vlodomir Zelenskinin görüşü üçün məkan verməyə hazırdır”.
525.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
O deyib ki, Minsk şəhərini Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün ideal yer hesab edir, lakin Putin-Zelenski görüşünü təşkil etməyə can atmır:
“Əgər Rusiya və Ukrayna tərəfləri razılaşsalar və gəlmək qərarını versələr, Belarusda elə günü sabah hər şey lazımi səviyyədə təşkil olunacaq”.
Pərvanə Sultanova
çap et