525.Az

Nizami Kino Mərkəzində daha bir premyera


 

Nizami Kino Mərkəzində daha bir premyera<b style="color:red"></b>

Nizami Kino Mərkəzində yanvarın 8-dən etibarən ABŞ və Böyük Britaniyanın istehsalı olan "Muzeydə gecə: qəbirlərin sirri" filminin nümayişinə başlanıb.

Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, rejissor Şon Levi filmi David Qiyonun ssenarisi əsasında ailəvi komediya, fentezi və macəra janrında çəkib. Filmin büdcəsi 127 milyon dollardır.

Nyu-Yorkda yerləşən Amerika Təbii Tarix Muzeyinin gecə bələdçisi Larri Deyli təşviş içindədir. Onun dostları olan eksponatlar özlərini qəribə aparmağa başlayırlar və bunun səbəbi onları dirildən Qədim Misir qızıl sikkəsinin parçalanmasıdır. Bu möcüzəli artefaktın sirrini bilən yeganə eksponat - firon Axkmenranın atasıdır və onun mumiyası uzaqda -Böyük Britaniyanın Təbiətşünaslıq Muzeyində saxlanılır. Sevilən qəhrəmanlar komandası Londona görünməmiş səfər edirlər. Onlar Britaniyadakı eksponatlarla birləşib qızıl sikkəni bərpa etməlidirlər.

Filmdə Ben Stiller, Robin Uilyams, Ouen Uilson, Stiv Kuqan, Riki Cerveys, Den Stivens, Rebel Uilson, Skayler Cizondo, Rami Malek, Patrik Qallaxer və başqa aktyorlar çəkilib.

 





09.01.2015    çap et  çap et