525.Az

Qadın futbolunda rekord


 

Qadın futbolunda rekord<b style="color:red"></b>

ABŞ-nin qadınlardan ibarət "Orlando Prayd" Futbol Klubu qadın futbolu tarixində ən bahalı transferi gerçəkləşdirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, klub Meksikanın "Tiqres" komandasının yarımmüdafiəçisi Lizbet Jaklin Ovalyeyə görə 1,5 milyon dollar ödəyib.

Meksika yığmasında 81 oyun keçirən və 20 qol vuran 25 yaşlı Ovalye ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəlki rekord İngiltərə "Arsenal"ına məxsus idi. London klubu kanadalı 21 yaşlı Oliviye Smitə görə ötən ay  "Liverpul"a 1,35 milyon dollar ödəmişdi.

L.Tağıyeva

 





22.08.2025    çap et  çap et