525.Az

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi


 

Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi<b style="color:red"></b>

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.

Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.

 





22.08.2025    çap et  çap et