525.Az

Daşkənd mediası Zeynəb Xanlarovadan yazıb


 

Daşkənd mediası Zeynəb Xanlarovadan yazıb <b style="color:red"></b>

Daşkənddəki kultura.uz saytında böyük sənətkarımız, Xalq artisti Zeynəb Xanlarova haqqında geniş material verilib.
 
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yazılan məqalənin əvvəlində deyilir ki, Azərbaycanın, Özbəkistanın və keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarovanı dünyanın bir çox ölkələrində alqışlayıblar və bu Azərbaycan musiqisinin uğurudur.

Onun möhtəşəm konsertləri, cazibəli səsi, səhnə mədəniyyəti Özbəkistanda hələ də yaddaşlarda qalır.

Yazıda Zeynəb Xanlarovanın yeniyetməlik və gənclik illərindən, mahnı yaradıcılığından söz açılır.

Vurğulanır ki, yaradıcılığında muğam və xalq mahnıları əsas yer tutan sənətkar bəstəkar mahnılarına da müraciət edib.

Zeynəb Xanlarovanın opera yaradıcılığı barədə məlumat verən müəllif yazır ki, o, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", Müslüm Maqomayevin "Şah İsmayıl", Şəfiqə Axundovanın "Gəlin qayası" və digər operalarda baş rollarda oynayıb.

Qeyd olunur ki, müğənni Tofiq Quliyev, Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayev, Emin Sabitoğlu, Ələkbər Tağıyev və digər bəstəkarların mahnılarını məharətlə ifa edib.

 

 





09.01.2015    çap et  çap et