525.Az

Tramp dünya çempionatının püşkatmasının vaxtını elan etdi


 

Tramp dünya çempionatının püşkatmasının vaxtını elan etdi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatmasının vaxtını elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasim bu il dekabrın 5-də Vaşinqtonda Kennedi adına İfaçılıq Mərkəzində keçiriləcək.

Mundial 2026-cı ilin yayında 3 ölkədə - Kanada, Meksika və ABŞ-də təşkil olunacaq və ilk dəfə 48 ölkənin millisi iştirak edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Tramp vəziyyətdən asılı olaraq Rusiya prezidenti Vladimir Putini dünya çempionatına dəvət edəcəyini bildirmişdi

L.Tağıyeva

 





23.08.2025    çap et  çap et