Kamçatkanın cənubunda 5.8 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 268 km cənub-qərbdə, dənizin dibinin 64 km dərinliyində yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.
çap et