525.Az

MSK bələdiyyə seçkiləri ilə bağlı şikayətlərə baxıb


 

MSK bələdiyyə seçkiləri ilə bağlı şikayətlərə baxıb<b style="color:red"></b>

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

İclasda 59 Salyan Seçki Dairəsində Salyan bələdiyyəsi, 65 saylı Saatlı-Sabirabad Seçki Dairəsində Sor Sor bələdiyyəsi, 86 saylı İsmayıllı Seçki Dairəsində Hacıhətəmli bələdiyyəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində Xanlıqlar bələdiyyəsi, 76 saylı Lənkəran-Astara Seçki Dairəsində Mamusta bələdiyyəsi, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində Çaylı bələdiyyəsi, 70 saylı Masallı şəhər Seçki Dairəsində Yeddioymaq bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində Kürdmaşı bələdiyyəsi, 70 saylı Masallı Seçki Dairəsində Çaxırlı bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntuları əsassız sayılıb.

 





09.01.2015    çap et  çap et