525.Az

Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb


 

Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının qüvvələri iştirak edib.

 





23.08.2025    çap et  çap et