525.Az

A seriyasında debüt edən ən yaşlı futbolçu oldu


 

A seriyasında debüt edən ən yaşlı futbolçu oldu<b style="color:red"></b>

Luka Modriç İtaliya A seriyasında debüt edən ən yaşlı futbolçu olub.

525.az xəbər verir ki, "Milan"ın 39 yaşlı yarımmüdafiəçi buna ilk turda “Kremoneze” ilə matçda meydana çıxmaqla nail olub.

O, A seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib. Qarşılaşma “Milan”ın məğlubiyyəti ilə bitib - 1:2.

Qeyd edək ki, Modriç bu yay "Real"dan ayrılaraq azad agent kimi "Milan"a keçib.

 





24.08.2025    çap et  çap et