525.Az

Türkiyədə ağır yol qəzası - 2 nəfər ölüb, 10 nəfər yaralanıb


 

Türkiyədə ağır yol qəzası - <b style="color:red"> 2 nəfər ölüb, 10 nəfər yaralanıb</b>

Türkiyədə ağır yol qəzası baş verib.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, Diyərbakırdən yay düşərgəsinə gedən uşaqları daşıyan mikroavtobus Mersinin Erdemli rayonunda hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb.

Qəza nəticəsində 38 və 17 yaşlı şəxslər həlak olub, 10 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb, mikroavtobus sürücüsü Mehmet Zemin A. isə həbs edilib.

İbrahim Cəfərov

 





25.08.2025    çap et  çap et