525.Az

“Çin Ukraynaya sülhməramlı göndərməyi planlaşdırmır” - XİN


 

“Çin Ukraynaya sülhməramlı göndərməyi planlaşdırmır” -<b style="color:red"> XİN</b>

“Çin təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır”.

525.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian “Welt” nəşrinə bildirib.

"Bu məlumat həqiqətə uyğun deyil. Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır", - diplomat qeyd edib.

Daha əvvəl “Welt” qəzeti mənbələrə istinadən yazıb ki, Çin tərəfi sülhməramlı missiya çərçivəsində öz hərbi kontingentini Ukraynaya göndərməyə hazırdır.

Avqustun 18-də Vaşinqtonda Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Avropa siyasətçiləri böhranın həlli halında təhlükəsizlik zəmanəti kimi Qərb hərbi personalının Ukraynaya yerləşdirilməsi mövzusu gündəmə gətirilib.

Pərvanə Sultanova

 





25.08.2025    çap et  çap et