525.Az

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsinin 84 faizi tamamlanıb


 

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsinin 84 faizi tamamlanıb<b style="color:red"></b>

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin isə 67 %-i yekunlaşıb.

525.az-a bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata əsasən, hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.

Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.

 





25.08.2025    çap et  çap et