525.Az

Mirzoyan Azərbaycanla paraflanmış sazişin region üçün əhəmiyyətindən danışıb


 

Mirzoyan Azərbaycanla paraflanmış sazişin region üçün <b style="color:red"> əhəmiyyətindən danışıb</b>

“Regionda sülh gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi, vətəndaşlarımız üçün sabit, təhlükəsiz və firavan mühitin təmin edilməsi Ermənistan hökumətinin, o cümlədən diplomatik xidmətin əsas vəzifələridir”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qafan şəhərində keçirilən səfirlərin müşavirəsində deyib.

Azərbaycanla paraflanmış sülh sazişinə toxunan Mirzoyan avqustun 8-də Vaşinqtondakı görüşlər nəticəsində əldə olunan razılaşmaların, qurulmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb. Bu yeni reallıqlarda Ermənistanın xarici siyasətinin baxışını, açılmış yeni imkanları və onların həyata keçirilməsi üçün görülməli olan işləri təqdim edib.

Mirzoyan regional kommunikasiyaların blokdan çıxarılmasının verdiyi imkanlara, genişlənən beynəlxalq rabitə kanalları şəbəkəsində Ermənistanın səmərəli iştirakını təmin etmək səylərinə və bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin reallaşdırılması üzrə qarşıda duran işlərə də toxunub.

Pərvanə Sultanova

 





25.08.2025    çap et  çap et