Rusiya prezidenti Vladimir Putinlə İran dövlət başçısı Məsud Pezeşkian arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin həmkarına Amerika lideri Donald Trampla Alyaskada keçirilən sammitin nəticələri barədə məlumat verib. Prezidentlər, həmçinin İranın nüvə proqramı və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər:
"İranın nüvə proqramı ətrafında vəziyyətə və Cənubi Qafqaz regionunda baş verən hadisələrə də toxunulub".
Liderlər telefon söhbətində müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.
İran lideri Rusiya prezidenti ilə söhbətində Ukrayna böhranının həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.
Tərəflər digər məsələlərlə yanaşı, enerji və nəqliyyat sektorlarında Rusiya-İran əməkdaşlığını müzakirə ediblər.
Pərvanə Sultanova
çap et