525.Az

6300 il əvvəl əsirlərin kütləvi basdırıldığı qəbir tapıldı


 

6300 il əvvəl əsirlərin kütləvi basdırıldığı qəbir tapıldı<b style="color:red"></b>

Fransada arxeoloqlar 6300 il əvvəl işgəncə ilə öldürülən əsirlərin basdırıldığı qəbir aşkarlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı barədə Valyadolid Universitetinin əməkdaşı Tereza Fernandes-Krespo bildirib.

Arxeoloqun sözlərinə görə, aşkarlanan qəbir e.ə. 4300-4150 il əvvələ aiddir. Qəbirdəki insan skeletlərini araşdıran mütəxəssislər onların işgəncə ilə öldürülməsi qənaətinə gəliblər. Belə ki, qaça bilməmələri üçün əsirlərin ayaqları sındırılıb və qələbə əlaməti olaraq sol qolları biləkdən aşağı kəsilib. Daha sonra isə öldürülərək kütləvi şəkildə basdırılıblar.

Qeyd edək ki, alimlərin fikrincə, əsirlər hansısa yaşayış məntəqəsinə hücum edib və yerli sakinlər tərəfindən əsir götürülüblər.

L.Tağıyeva

 





25.08.2025    çap et  çap et