Kanada hökuməti Ukraynaya 1,4 milyard dollarlıq hərbi texnika və silah-sursat verəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni bildirib.
Bazar günü Ukraynanın müstəqilliyinin ildönümü münasibətilə Kiyevə gedən Karni Kanadanın Ukraynanı müdafiə edən və yardım göstərən 30-a yaxın dövlətdən biri olduğunu da nəzərə çatdırıb.
Qeyd edək ki, 1,4 milyardlıq yardım paketinin 600 milyonu zirehli texnika və onların ehtiyat hissələrinə, tibbi ləvazimatlara, silah-sursata, həmçinin PUA-ların alınmasına xərclənəcək.
L.Tağıyeva
çap et