ABŞ-də "American Airlines" hava şirkətinə məxsus təyyarənin reys zamanı göyərtəsində yanğın baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu üzdən Filadelfiyadan Finiksə uçan təyyarənin pilotları Vaşinqtona qəza enişi etməli olublar.
Hadisə zamanı göyərtədə olan 160 sərnişin və 6 ekipaj üzvündən heç biri xəsarət almasa da, qatı tüstü səbəbindən onlara həkim yardımı göstərilib.
Qeyd edək ki, alov təyyarə eniş edənə kimi bələdçilər tərəfindən söndürülüb. Yanğının oturacaqların arxasına quraşdırılan məlumat tablosunun birində başladığı bildirilir.
L.Tağıyeva
çap et