525.Az

İngiltərənin Vayt adasında helikopter qəzası baş verib


 

İngiltərənin Vayt adasında helikopter qəzası<b style="color:red"> baş verib</b>

İngiltərədə helikopter qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Vayt adasında helikopter tarlaya düşüb.

Helikopterdə neçə nəfərin olduğu və xəsarət alanların olub-olmaması barədə dəqiq məlumat hələlik yoxdur.

Qəzanın şahidlərindən biri bildirib ki, helikopterdə təxminən 4 nəfər olub və toqquşma zamanı hava yastıqları açılıb.

Ləman İlkin

 





25.08.2025    çap et  çap et