525.Az

"Əsas öhdəlikləri Avropa ölkələri üzərinə götürməlidir"


 

"Əsas öhdəlikləri Avropa ölkələri üzərinə götürməlidir"<b style="color:red"></b>

"ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi hələlik konkret şəkildə müzakirə olunmayıb".

525.az xəbər verir ki, bunu Tramp  səsləndirib. O bildirib ki, əsas öhdəlikləri Avropa ölkələri üzərinə götürməlidir.

“Biz hələ hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyini bilmirik, çünki bu barədə konkret müzakirə aparmamışıq. Baxarıq. İlk növbədə, onlara Avropa əhəmiyyətli zəmanətlər verəcək. Belə də olmalıdır, çünki onlar həmin bölgədə yerləşirlər. Biz isə dəstək göstərmək baxımından prosesə cəlb olunacağıq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti onu da əlavə edib ki, Vaşinqton artıq Ukraynaya maliyyə vəsaiti ayırmır.

 





25.08.2025    çap et  çap et